Bir kız ağlayır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bir kız ağlayır

Doğmalar içində tənha və yalnız,
Ümidi, pənahı Tanrıdır yalnız.
Ağacın altında oturub bir qız,
Ürəyi doludur, yaman ağlayır.

Həsrətin acısı gəlməsin asan,
Göz yaşı gur yağır, elə bil leysan.
Dünyadan köçübdür sevdiyi insan,
Kimsəyə verməyir aman, ağlayır.

Qəlbində ağrıyla acının cəmi,
Bir an da qurumaz gözünün nəmi.
Özündən ağırdır fələyin qəmi.
Zəmanə yas tutur, zaman ağlayır.

Fikrinə “Niyə”si, “Axı”sı gəlir,
Yorulmuş beyninin yuxusu gəlir.
Havadan ayrılıq qoxusu gəlir,
Kəmanə kövrəlib, kaman ağlayır.

Yığışıb başına dostu, tanışı,
Hamının yerinə sükut danışır.
Kədər qəmə, qəm kədərə qarışıb,
Son görüş qəlbinə daman ağlayır.
05.01.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2019 13:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu