Həsrət, hicran əhatəsin genişlər,
Əbədidir bu gəlişlər,gedişlər.
Məhv olubdur çoxdan zalım keşişlər,
Bu dünyada qalan Əsli, bir Kərəm.
Payız gələr, külək başlar oyunun,
Görəcəksən ağaclar da soyunub.
Cəmi-cümü vardır üçcə qoyunum,
Bir əbrəşim, bircə kürəm, bir kərəm.
Zaman gələr azad olar torpağım,
Düşmənimə qalmaz ol Qarabağım.
Ucalıqda dalğalanar bayrağım,
Zirvədədir, daha enməz bir kərəm.
Kayıt Tarihi : 23.6.2018 17:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!