Bir ev olsun Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Bir ev olsun

Bir ev ola….bəzəyəsən içini….
Xalça- palaz….üstündə də butası…
Soyuq ola, yandırasan peçini,
Bir yar ola -qollarında yatası …

Düşüncəndə təkcə huzur yurd sala,
Xoşbəxtlikdən ağlın çaşa az qala…
Ürəyində dünya boyda eşq ola,
Hamısı da təkcə ona çatası…

Yel gətirə qurd səsini yaxına ,
O da qorxa, gələ sənə sığına)
Nəfəsiniz bir-birinə toxuna ...
O an ola …gözlərində batası….

Qulağına şirin gələ dilləri,
Saçlarına toxuyasan gülləri,
Yoxlayasan, üşüyürmü əlləri,
Bəhanəylə əllərindən tutası …

İsti çayı udum-udum içəsən,
Baxışından ərköyünlük seçəsən…
Gözlərindən ürəyinə köçəsən….
O gözlərə yüz dünyanı satası …

Ruhun istək qarşısında əzilə,
Əllərinə min-min arzu düzülə,
Ala gözlər yavaş-yavaş süzülə…
Burda bitdi bu nağılım, qadası)))

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 16:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!