Bir elce qaram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bir elce qaram

Yağış yağar torpağa asta,aram,
Həsrətdən donmuşam, bir əlcə qaram.
Sənsiz , dostum, bu dünya mənə haram,
Səndən ayrı gözlərim də görməyir.

Sənlə görüşümüz əıçatmaz xəyal,
Ayrılızq qurtarmaz, bitməz bir məlal.
Dayanıb durmuşam sakit, susqun, lal
Yaşam hissin sözlərim də hörməyir.

Neçə-neçə cavan tərk edib yurdu,
Özgə ocağında xaniman qurdu.
Sən verdiyin o atəşi, o odu,
Parıldayan közlərim də verməyir.

Ürəyimdə acım-ağrım,gəlirəm,
Yarılıbdır artıq bağrım, gəlirm
Min illərdir sənə doğru gəlirəm,
Yer-yurdunu izlərim də bilməyir.

Mən dünyanın sədaqətli qadını,
Çox duymuşam ayrılığın dadını.
Qum üstündə nəqş etdiyin adımı,
Süründüyüm dizlərim də silməyir.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.2.2023 11:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu