Dilə gəl,söylə bir hardasan Alı,
Bir dəli ağlamaq keçir könlümdən.
Daha uzaqlara uçmur xəyalım,
Bir dəli ağlamaq keçir könlümdən.
Məzarlığın şimalı nə,qərbi nə
Doğması nə ,yaxını nə,qəribi nə.
Üz sürtübən şəhidlərin qəbrinə,
Bir dəli ağlamaq keçir könlümdən.
Gözümdə kiçilib sanki bu ölkə,
Həsrət edib məni görünməz kölgə.
Dolan ürəyimi boşaldım bəlkə,
Bir dəli ağlamaq keçir könlümdən.
Rekviyem oxunsun qoy həzin-həzin,
Şe`rini söyləsin doğman,əzizin.
Gəlib hüzuruna mən dizin-dizin,
Bir dəli ağlamaq keçir könlümdən.
Bu dünya riyadı,yalandı Sevinc,
Əzizlərin əldən alandı,Sevinc.
Təkcə şeirlərin qalandı,Sevinc,
Bir dəli ağlamaq keçir könlümdən.
Kayıt Tarihi : 11.6.2018 10:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!