Ölüm- zülüm yaşamışıq , doymuşuq…
Bir də gəlmək istəmərik dünyaya…
Biz adını fani dünya qoymuşuq….
Bir də gəlmək istəmərik dünyaya….
Nə eləsək, düzdə qaldı düzümüz,
Ömür boyu gülmədi ki üzümüz….
Xoşbəxtlikdə qalsa belə gözümüz,
Bir də gəlmək istəmərik dünyaya…
Əhd bağlayıb sonda atdı yar bizi,
Əldən saldı şaxta bizi…qar bizi…
Elə yordu gedərkən yollar bizi ,
Bir də gəlmək istəmərik dünyaya….
Ha bəslədik, bar vermədi gülümüz,
Haqlı ikən qısa oldu dilimiz,
Yaxasından heç düşmədi əlimiz,
Bir də gəlmək istəmərik dünyaya…
Doğulanda ağlamırıq boş yerə,
Bu günlərə gəlmişik görə-görə,
Yolumuza yüz cürə nemət sərə ,
bir də gəlmək istəmərik dünyaya….
Bu dünyanın özü çətin sınaqdır…
Tərifi də məzəmmətdir , qınaqdır…
Bu dünyada onsuz hamı qonaqdır….
Bir də gəlmək istəmərik dünyaya….
Ümidləri qıran, yaxın kəs oldu …
Alnımıza nə yazıldı nəs oldu…
Bircə dəfə yaşamışıq …bəs oldu…
Bir də gəlmək istəmərik dünyaya…
Kayıt Tarihi : 11.1.2025 23:44:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!