Ocağında haqlasa məni ölüm,
Uzaqlara yayılacaq boz külüm.
Xatirələr yaman eyləyir zülüm,
Yolun düşsə, bu dünyaya bir də gəl.
Kipriklərim nəmlənib də titrəyər,
Göz ünündən baxışların getməyər.
Bağım üstdə bülbüllər də ötməyər
Yolun düşsə, bu dünyaya bir də gəl.
Sənsiz dünya mənə kiçik görünər,
Ürək yavaş, gah da ki tez döyünər.
Zalım fələk zülmü ilə öyünər,
Yolun düşsə, bu dünyaya bir də gəl.
Səni görmək yaman müşkül olubdur,
Qapımızda həsrət köşkün qurubdur.
Son nəqşimi nakam eşqin vurubdur
Yolun düşsə, bu dünyaya bir də gəl.
Ayrılıq ovutmur olub keçəni.
Ürəyim unutmur sizin küçəni.
Ay mənim dünyadan vaxtsız köçənim,
Yolun düşsə, bu dünyaya bir də gəl.
02.02.2019
Kayıt Tarihi : 7.2.2019 11:44:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/02/07/bir-de-gel.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!