Bir az hiss-həyəcan,bir az mərhəmət,
Bir az da vüsalın qərib baxışı.
Bir az eşq havası, bir az məhəbbət,
Bir az da həsrətin səlib axışı.
Bir azca tumurcuq gözün açacaq,
Bir az da ağaclar boy göstərəcək.
Bir azca buludlar uzaq qaçacaq,
Bir az da küləklər toy göstərəcək.
Bir azca gözümə qəm dolacaqdır,
Bir az da üfüqlər qara geyəcək.
Bir azca çiçəklər tez solacaqdır,
Bir az da sözünü xara deyəcək.
Bir az ümidlərim güman olacaq,
Bir azca tənhalıq qapacaq məni.
Bir azca dağımda duman olacaq,
Bir az da həsrətin tapacaq məni.
Bir azca sevdalı, bir azca ürkək,
Bir az da gətirər bəlkə naxışı.
Bir azca könül ver, bir az da ürək,
Bir az da eşq dolu sevda baxışı.
Kayıt Tarihi : 8.9.2023 07:19:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!