Ümidimi kül eyləmə,
Söz önünü tül eyləmə.
Gəl bu qədər zülm eyləmə,
Rəhmin gəlsin bir azacıq.
Bir görəydin kaş qabağı,
Duman gələr yaş qabağı.
Tökmə belə qaşqabağı,
Üzün gülsün bir azacıq.
Bəyaz libas geydimi,
Dərdə könül verdiyimi,
Səni necə sevdiyimi,
Gözün görsün bir azacıq.
02.11.2013
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:32:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/bir-azaciq.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!