Bir az olar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bir az olar


Könlümü tək sənə e`tibar etsəm,
Qəlbən sevdiyimçün iftixar etsəm.
Olmasan,dərdindən intihar etsəm,
Fələyə ən böyük e`tiraz olar.

Ayrılıq mənimçün acıdan acı,
Bir daha parlamaz gözəllik tacı.
Qəlbində yurd salar sevginin gücü,
Gözündə kədərli ehtiras olar.

Bir kimsə duyarmı dərdi sonsuzu,
Sanırdım əriyər ayrılıq buzu.
Həsrətin həyatı uzundan uzun,
Vüsalın ömrüsə,eh.bir az olar.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu