Sən mənim ulduzlu kəhkəşanımsan,
Həmişə əhvalı pərişanımsan.
Eşqimdən yadigar bir nişanımsan,
Bəs niyə üzünü bürüyübdür qəm,
Hamıya deyirsən,tək mən bilmirəm.
Sənsən gözlərimin nuru,işığı
Məclislər bəzəyi,toy yaraşığı.
Lal həsrətim dilləndirər aşığı.
Niyə qəmlənirsən məni görən dəm,
Hamıya deyirsən,tək mən bilmirəm.
Ürəyim sıxılır duman ilanda,
Gözünü əbədi yuman olanda.
Sevincdən məhəbbət uman olanda.
Deyirəm,alagöz insana bəndəm,
Hamıya deyirəm,sənə demirəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:29:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!