Bilmirem Şiiri - Muhammet Gezer

Muhammet Gezer
41

ŞİİR


9

TAKİPÇİ

Bilmirem

"Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!.."
-Mirza Elekber Sabir

Od dilərəm heyf ki yana bilmirəm,
Bir çiçək ollam sulana bilmirəm!..

Əskik olar gəm tasa mənsiz belə,
Mən nə deyim hal sorana, bilmirəm!..

Kəc eləyirlər düzü, nundur əlif,
Heç kəsə artıq inana bilmirəm!..

Baş aparıb həp tapıram eyni baş,
Mən bu röyadan oyana bilmirəm!..

Söylə görüm, bəs necə dünyadı bu?
Yaxşını oxşar yamana, bilmirəm!..

Getsəm ötən illərə kaş, həsrətə
İndi dözüm yox, dayana bilmirəm!..

Əbsəm ol əbsəm deyir aləm axı,
Sussa dilim mən yarana bilmirəm!..

Mən də Füzuli tək usanmazmıdım?
Mən daha candan usana bilmirəm!..

16.02.2017

Muhammet Gezer
Kayıt Tarihi : 5.5.2021 12:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Muhammet Gezer