Qızılgül vaxtsız solamaz
Su töksən quyu dolamaz.
Nolsun deyirlər olamaz.
Ölənlə ölmək istədim.
Bağladım qəm bazarını,
Tapdın fərəh yazarını.
Dostum, həyat gülzarını,
Səninlə bölmək istədim.
Neçə il keçib aradan,
Kömək olar o Yaradan.
Bəzən bezib bu dünyadan,
Kəndirdən ilmək istədim.
Çıxar yaşamın dadını,
Alaçaltma heç vaxt adını.
Mən hər ağlayan qadının,
Göz yaşın silmək istədim.
Yarımçıq qalıbdır tostu,
Dağılıbdır könül postu.
Məndən uzaq gəzən dostun,
Dərdini bilmək istədim.
Kayıt Tarihi : 27.3.2022 08:49:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/27/bilmek-istedim-3.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!