Sanasan, dünyanın dərdi yoxdur heç,
Günəşin gündüzəqərqi yoxdur heç.
Gecə ya gündüzdür, fərqi yoxdur heç.
Ölüm saatını bilmək gərəkdir.
Bu vaxtsız, bu bəxtsiz gözəlindəki,
Alışar qəfildən köz əlindəki.
Bəzən arzuların üzərindəki
Narın toz qatını silmək gərəkdir.
De, hanı səhrada çeşmən olanın,
Əsəbi vaxtında eşmən olanın.
Üzdə dost, arxada düşmən olanın,
Boynuna qapqara ilmək gərəkdir.
Kayıt Tarihi : 3.5.2021 14:31:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/05/03/bilmek-gerekdir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!