Yeni cığır açıb sən gülə-gülə,
Görüşə gəlmədin heç qızılgüllə.
Vurdun sevdalına sonuncu güllə,
Heyf ki köksümü yara bilmədin.
Daha fəxr eyləmə dəmir dözümlə,
Doyunca eşələn sönən közünlə,
Bircə əməlinlə,bircə sözünlə,
Düşmüsən sən necə dara, bilmədin.
Içki sakiti də gətirər dilə,
Səsin bəmə endi,gah qalxdı zilə.
Yaman qürurlandın içkilər ilə,
Döndərdin evini bara, bilmədin.
Gün çıxar,dağılar dumanım, çənim.
Içdiyin and sənə olacaq qənim.
Bir zaman qartaldın gözümdə mənim,
Indisə bənzərsən sara, bilmədin.
Sən ömür sürürsən qaralı, ağlı,
Fələyin şilləsi yamanca yağlı.
Cənnətin qapısı üzünə bağlı,
Aparır bu gediş hara, bilmədin.
Kayıt Tarihi : 28.3.2022 07:52:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/28/bilmedin-55.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!