Bilirsenmi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bilirsenmi

Bilirsənmi bu ayrılıq nə deyir,
Yavaş-yavaş addımıayaq yuxarı.
Fərəhimi bal bilib də hey yeyir,
Yoxmu görən həsrətinin axarı.

Keçib gedər sənsizliyim.İlahi,
Özün salıdın, özün xilas et məni.
Yorulubdur səssizliyim.İlahi,
Səsim ilə küləkləyim çəməni.

Indi daha duyğularım lal olub,
Arzularım sığışmaz ki gəmiyə.
Bu da mənim ürəyimə xalolub,
Kim od vurdu yaşıllaşan zəmirə.

Həsrətinin qapısında yatmadım,
Vüsalının ayağını yudum mən.
Ayrılığın başını heç qatmadım,
Duzlu axan göz yaşımıudum mən.

Dolub daha zirzəmisi həyatın,
Yer altında göy suları bulanıq.
Üzüb gedib sirr gəmisi, həyatım
Sanırdımki yağışında islannıq.

Al lalələr yellənir al bayraq tək,
Nərgizlərin tutqun üzü açılsın.
Söyüdlər də tellənsin ol yarpaq tək,
Dünyamıza sevinc ətri saçılsın.
27.06.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 27.6.2019 17:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu