Uşaqlığın ünüdür,
Sabahıdır,dünüdür.
Bu gün bilik günüdür,
Təbrik eyləyin bizi.
Vətən bizləri bəslər,
Daha xoş günə səslər.
Ay bilik verən kəslər,
Təbrik edirik sizi.
Bilik tək ləlimizlə,
Gözəl təməlimizlə.
Yaxşı əməlimizlə,
Qoyaq həyatda izi.
Kitablar səni özlər,
Xoş kəlamlar, nur sözlər,
Üzməyi bacar.Gözlər
Elm-savad dənizi.
Nə bir gün dərsdən qalaq,
Nə də dərsdə səs salaq.
Daim 5 qiymət alaq,
Artıraq elmimizi.
Kayıt Tarihi : 6.1.2023 16:18:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2023/01/06/bilik-gunu.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!