Bilerem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bilerem

Ölürsən cəhənnnəm, öl söyləyirsən.
Günlərin birində ölə bilərəm.
Heç başa düşmürsən sən nə deyirsən,
Anamın taleyin bölə bilərəm.

Məni başa düşmür nə dost, nə yaxın,
Fikirlər beynimdə hey axın-axın.
Nə olar, üzümə diqqətlə baxın,
Gözümün yaşını silə bilərəm.

Alıbdır əlimdən fələk anamı,
Saçları gümüşü mələk anamı.
Bir anda apardı külək anamı,
Çətin ki bu dərdi gilə bilərəm.

Apacı duyğudan içim islanır,
Sanki dəmirdənəm, könlüm paslanır.
Atamsız şad gündə qəlbim yaslanır,
Dəqiqə zamanı ilə bilərəm.

Bu qədər əzabçun doğulmuşam mən,
Hisslərin içində boğulmuşam mən.
Nə vaxtsa şəkərli noğulmuşam mən,
Dərdimi gətirrəm dilə, bilərəm.
08.02.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu