Bilenim, qayıt Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bilenim, qayıt

Mən bülbüləm bir qızılgül kolunda,
Babəklərin qüdrəti var qolunda.
Razı olma sənin eşqin yolunda,
Bir dilənçi kimi dilənim, qayıt.

Hicranından uzaq qaçası olsam,
Ürəyimi sənə açası olsam.
Bir gün ruhum göyə uçası olsa,
Ağappaq qar olub ələnim,qayıt.

Sənsən mənim həm sözüm,həm söhbətim.
Eşqlə dolu bir piyalə şərbətim.
Qayıt geri,ay mənim məhəbbətim,
Ürəkdən dərd-qəmi silənim,qayıt.

Qartal kimi səmalarda ucalar,
Düşmənindən qorxmaz heç vaxt,öc alar.
Atəşin sevgimdən qüvvət,güc alar,
Fərhad tək dağları dələnim,qayıt.

Qurban olum gözlərinin məstinə,
Çox sevirəm,heç dəymərəm şəstinə.
Zalım fələk dura bilməz qəsdimə,
Ölümün özünə gülənim.qayıt.

Yalan sözə,boş söhbətə uymaz o,
Qəm-qüssəni,dərd-möhnəti qıymaz o.
Bu dünyada məni təkcə qoymaz o,
Qədrimi hər zaman bilənim,qayıt.

Buludların altı nədir,üstü nə,
Eşqdən yansan,mən də yannam tüstünə.
Sevinc deyər atəşinin üstünə,
Yağış kimi yenə çilənim,qayıt.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 16:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu