Bile-bile Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bile-bile

Yaşaram üsyan içində,
Islandım leysan içində.
Bu qədər insan içində.
Tənha-təkdim bilə-bilə.

Gündüzün bəyaz ağında,
Gecənin zülmət çağında.
Həsrətin kədər bağında,
Mən gül əkdim bilə-bilə.

Insan ölməz toxluğundan,
Ölər dərdin çoxluğundan.
Gülüm, sənin yoxluğundan,
Nələr çəkdim bilə-bilə.
Göz yaşlarım gilə-gilə.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu