Bildire bilmedim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bildire bilmedim

Dalğalarla tanışım da,
Dər-sərimi danışım da.
Son tikəmi tanışımla,
Böldüm, böldürə bilmədim.

Bu nə ritm,nə ahəngdir,
Çalınacaq ən son zəngdir.
Həsrətinin üzü bərkdir,
Öldüm, öldürə bilmədim.

Ağılına, kamalına,
Ürək açan camalına,
Bu dünyanın əhvalına
Güldüm.Güldürə bilmədim.

Bir az sail olduğunu,
Bir az zail olduğunu.
Hicrin xain olduğunu,
Bildim.Bildirə bilmədim.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.7.2021 06:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu