BİR MEDALIN
Bir misranın cüt sözüydük,
Sevinərdi qoşa görən.
Bir medalın cüt üzüydük.
Birində sən, birində mən,
Küsüb getdin, tənha qaldım,
Açdım hicran sərgisini.
Qayıtmadın, mən ha çaldım,
Eşqin vüsal şərqisini.
Arazlaşıb Kürləşərdik,
Axardıq Xəzərə sarı.
Bir medalda birləşərdik,
Unutmazdın bunu barı.
Bu tənhalıq yaman ağır,
Çəkəmmirəm yükünü mən.
Göydən yerə qüssə yağır,
Sarı saça tez düşdü dən.
Getdin, yerin bomboş qaldı,
Medal da qiymətdən düşdü.
Yaşıl çəmən bomboz qaldı,
Xatirələr qəlb üşütdü.
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:11:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/bie-medalin-iki-uzu.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!