Törənlərinin çoxluğundan,
Görənlərinin toxluğundan.
Ərənlərinin yoxluğundan
Bezmişəm, dünya.
Küçələrinin hərarətindən,
Neçələrinin həqarətindən,
Gecələrinin nəqarətindən
Bezmişəm dünya.
Baxışlarının duyuqluğundan,
Naxışlarının oyuqluğundan.
Alqışlarının soyuqluğundan,
Bezmişəm dünya.
Kayıt Tarihi : 17.10.2021 16:35:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!