Bezmişem artık Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bezmişem artık


Əlimi əlindən üzmüşəm artıq.
Qaranı bəyazdan sezmişəm artıq,
Bilirsən,əzizim, bezmişəm artıq,
Ürəksiz atdığın ürəklərindən.

Deyəsən batıbdır, gəlməyir səsi,
Nə şaqraq gülüşü, nə də naləsi.
Bəlkə də milyondur haqqın fəhləsi,
Gör necə tər axır kürəklərindən.

Yalandan dağ-daşı mən niyə yorum,
Hər yoldan ötəndən sənimi sorum.
Bilmirəm harada gizlənib durum,
Ayrılıq qoxuyan küləklərindən.

Yoxluğun içində varlıq arayın,
Qoy çatsın səmaya hayın-harayın.
Uçula bilər ki şadlıq sarayın,
Bəllidir palçıq-qum dirəklərindən.

Sən ey ayrılığın oduna yanan,
Hər dara düşəndə eşqini danan.
Sən də oxşayarsan onlara, inan
Uzaq dur yalançı zirəklərindən.

Sevinc Arzulu
Kayıt Tarihi : 4.4.2023 14:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu