Bezen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bezen

Bəzən sənin hicranından şikayət edəndə
Sən yanımda olursan.
Xəyalını özünlə götürüb gedəndə də,
Sən yanımda olursan.

Göz önündə qığılcım tək canlananda ol ruhun
Sən yanımda olursan.
Damcı-damcı didəmdə danlananda of, ahım
Sən yanımda olursan.

Bəzən uzaq olursan maraq tək, həvəs kimi.
Bəzən yaxın olursan aldığım nəfəs kimi.
Bəzən bu kainatın sehrində olursan sən,
Bəzən vüsalın mənə mnehrində olursan sən.

Harada olursan ol.qəlbimdəsən hər zaman,
Yolunu uzaqlara salma,sevgilim, aman.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.6.2020 06:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu