Sənsiz yada dönüb qohum,tanış,dosr
Gedib əldən ixtiyarım,qayıt gəl.
Daim sağlığına mən deyirəm tost,
Qəhrəmanım,igir yarım,qayıt gəl.
Üstümüzü duman aldı,çən aldı.
Zalım fələk bizləri ayrı saldı.
Səndən mənə telə düşən dən qaldı,
Səadətim,bəxtiyarım,qayıt gəl.
Sən gedəli şaxta vurmuş gülümü,
Parlatmayır günəş zərif tülümü.
Itirmişəm aşiqi-bülbülümü,
Virandər abad diyarım,qayıt gəl.
Mənsiz qızılgülün ətrin qoxlama,
Yaralı qəlbimi bir də oxlama.
Hicranınla saf eşqimi yoxlama,
Sevgindir mənim me`yarım,qayıt gəl.
Gedişinlə aldı məni qüssə,qəm
Yarımçıq kəsildi oxunan nəğməm.
Daha mən əvvəlki Sevinc deyiləm,
Azalıb qızıl əyarım,qayıt gəl.
Kayıt Tarihi : 11.6.2018 10:59:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/bextiyarim-qayit-gel.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!