Bext yazanda, İlahi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bext yazanda, İlahi

Min sehrdir, min hikmətdir, açılmaz,
Min ağrıdır, min kədərdir, qaçılmaz.
Sanki daha günəşdən nur saçılmaz,
Ruhum uçar daş məzardan,İlahi.

Fələk, mənə təskinliyin yoxunsa,
Gedənlərin dərdi mənə toxunsa,
Son anımda minarədən oxunsa,
Qurtararam mən azardan,İlahi.

Göylərə ucalan Tanrı səsidir,
Söz qoşmaq şairin,vallah, bəsidir.
Şairlər Tanrının yaxın kəsidir,
Bu biçimdə, bu güzarda, İlahi

Dözəmmərəm əzabına, yox ki yox,
Qonşum acsa mən necə olaram tox.
Günahım az, savablarım çoxdu, çox.
Qaynamaram qır qazanda, İlahi.

Dərd gələndə fikr edirəm hər zaman,
Varlığınla zikr edirəm hər zaman.
Bu günümə şükr edirəm hər zaman,
Insaflısan bəxt yazanda, İlahi.

Bəzən insan baxmaz heç sağ-soluna,
Arxayındır sanki güclü qoluna.
Köməyi ol, qaytar düzgün yoluna,
Fağır bəndən yol azanda, İlahi.

Ürəyimin dərd yarası soyulmaz?
Hissə-hissə, qarış-qarış oyulmaz?
Ahəngindən, çağrısından doyulmaz,
Nə hikmət var bu azanda, İlahi.
13.06.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2019 11:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu