Duyun sevincimi, duyun qəmimi,
Könüllər oxşayan nəğməkaram mən.
Dinləyin zilimi,sevin bəmimi,
Elə bilməyin ki həvəskaram mən.
Nəğməm sevənləri odlara saldı.
Mən oxudum, onlar xəyala daldı.
Ağlayan gözəli gözlərim aldı,
Gözdən axan yaşa səbəbkaram mən.
Ilk eşqimə şahid çəkdim dağları,
Xatırladım qım-kədərli çağları.
Viran oldu Qarabağın bağları,
Elə bilirəm ki günahkaram mən.
Gəlmişəm çoxundan öncə sənətə.
Gətirdim ətirli qönçə, sənətə.
Bağlıyam ilk gündən incəsənətə.
Hər sözə, kəlməyə tələbkaram mən.
Bəzən bənzəyirəm bir dağ selinə,
Bəzən də möhtacam səmum yelinə.
Uyub .airlərin şirin dilinə,
Gözəl mahnılara bəstəkaram mən.
Kayıt Tarihi : 9.12.2023 08:38:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2023/12/09/bestekaram-ben.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!