Qurulub sevdanın şən ahənginə,
Məhəbbətin büstünücə yonarıq.
Vurulub çiçəyin əlvan rənginə,
Kəpənək tək üstünəcə qonarıq.
Xəyallarım qumda ocaq çatmasa,
Ümidləri bir-birinə qatmasa,
Isti vüsal bizə qucaq açmasa,
Buz həsrətin soyuğunda donarıq.
Kölgəsində dolanarıq Allahın,
Savab etsən bağışlanar günahın.
Ol əzizim yetimlərin pənahı,
Bu dünyada biz beşgünlük qonağıq.
Kayıt Tarihi : 10.12.2019 07:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!