Berbadam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Berbadam

Istəsəm ürəkdən güləmmirəm ki,
Sevdanın dərdini biləmmirəm ki,
Çoxdandır özümə gələmmirəm ki,
Neynəyim,mən indi halı bərbadam.
Yarası qanamış,xalı bərbadam.

Varlığa dönəcək bir zaman heçim,
Dostumu tanıyım,düşməni seçim.
Coşub-daşan Kürü mən necə keçim,
Gəmisi dağılmış,salı bərbadam.
Bəyazı qaralmış,alı bərbadam.

Dedim ki,bəxtimi oxu,qaraçı.
O şirin sözlərdən toxu,qaraçı.
Deyəsən bəd gəlir çoxu,qaraçı.
Heç zaman düz çıxmaz falı,bərbadam.
Dəymişi yarımçıq,kalı bərbadam.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu