Əlçatan dostumdur bu sirli meşə.
Varıb da meşənin dərinliyinə,
Qışqırmaq istərəm sənin adını.
Dalıb da kölgənin sərinliyinə,
Istərəm çıxarım qəmin dadını.
Uzanam qapqara torpağın üstə,
Başımın altına qoyam əlimi.
Üstümü payızın xəzəli örtə,
Təbiət neynəyir mən tək dəlini.
Qəflətən səmada ildırım çaxa,
Yağışın altında islanam boy-boy.
Alaca gözlərim keçmişə baxa,
Könül, xatirədən daha bezib doy.
Daha sənsizliyin əlifbasını,
Oxuya bilmirəm üzündən, dostum.
Təbiət geyinib yas libasını,
Qoy öpüm doyunca gözündən,dostum.
Bəlkə İlahinin irəhmi gələ,
Tənha gedən yollar birləşəcəkdir.
Zalım ayrılığa qurarsam tələ,
İnciyib küsərək kürləşəcəkdir.
Acığı tutacaq həsrətin mənə,
Vüsala getməyə yol verməyəcək.
Qızılgül dərib də verərdim sənə,
Qıyıb da yamyaşıl kol verməyəcək.
Ötəcək bağımda qorxunc bayquşlar,
Səsindən haramdır yatmaq gecələr.
Görəsən vüsalım harada qışlar.
Bezib mənsizlikdən harda dincələr.
Bəlkə bir yuxudur, qorxulu yuxu,
Bərkdən çağır məni.Oyanıb durum.
Burnuma gəlsin qoy bənövşə qoxun,
Mən də bənövşəyi boyanıb durum.
Kayıt Tarihi : 5.8.2023 15:56:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2023/08/05/benovseyi-boyaq.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!