Allah br də gün verərmi,
Qüssə yağar boş yerəmi.
Çalınar “Yanıq Kərəmi”,
Kədərimə oynayaram.
Xatirələr qalaq-qalaq,
Üstün örtməz tikan,alaq.
Qəlbim sanki soyuq bulaq,
Içimdəncə qaynayaram.
Qəm içində niyə itək,
Dərd bağında nədən bitək.
Boynuburuq bənövşə tək,
Kol dibindən boylanaram.
Kayıt Tarihi : 19.6.2018 07:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!