Ben yeri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ben yeri

Gen yolları daraldar,
Dərd canımı saraldar.
Eh, qanımı qaraldar,
Naxışında qəm yeri.

Nə balaca,törəsən,
Güldən çələng hörəsən.
Qorxuram ki görəsən,
Qalxışında kəm yeri.

Dualar göyə gedər,
Ilahi haya yetər.
Quru torpağı edər,
Yağışında nəm yeri.

Dənizdən sevgi uman,
Mavi sulara cuman.
Gözlərində göy duman,
Baxışında çən yeri.

Gah şimşək tək çaxaraq,
Gah su kimi axaraq.
Oğrun-oğrun baxaraq,
Yaxışında dən yeri.

Alışdır qəlb qorunu,
Yığışdır qəlp dorunu.
Görünür gün nurunun,
Axışında sən yeri.

Qurumasın gur çeşmən,
Dağlar, sönməsin eşmən.
Qarğışında xar düşmən,
Alqışında mən yeri.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.1.2023 16:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu