Ben seni sevirim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ben seni sevirim


Eh, aydın səmada ildırım çaxar?
Sevginin atəşi yandırıb yaxar.
Elə heyran-heyran dayanıb baxar,
Bülbül nalə çəkməz gül solmayanda.
Mən səni sevirəm sən olmayanda.

Yar gələn yollara töküb qar, ağart.
Dər ona ənam et moruq, qarağat.
Söyüdlər dayanar səssiz, farağat,
Küləklər saçını hey yolmayanda.
Mən səni sevirəm sən olmayanda.

Eşqə qurban getdi neçə növcavan,
Misralar acizdir, kəlmələr yavan.
Duyğular bulaqdır, təbimsə rəvan,
Şair necə yazsın qəlb dolmayanda.
Mən səni sevirəm sən olmayanda.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.1.2023 15:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu