Ayrılıq zalımdan,ey.doymayıbmı,
Həsrətin gözünü hey oymayıbmı?
Görəsən toyunda bəy olmayıbmı,
Bəlkə bu dünyanın sağdışı vardır.
Bal səsi-sədası göyə yüksəlir.
Harayı dağı da, daşı da dəlir.
Mənim ürəyimə ipisti gəlir,
Bəlkə bu xülyanın qar-qışı vardır.
Bumudur adətim, bumudur törəm,
Istərəm arzunun telini hörəm.
Ümidlə yatıram, yenidən görəm,
Bəlkə bu röyanın qaydışı vardır.
Kayıt Tarihi : 7.1.2023 10:52:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!