Beleme dostum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Beleme dostum

Yanmağa kömür verilmir,
Geyməyə dəmir verilmir.
Bilirsən ömür verilmir,
Sələmə, dostum, sələmə.

Böyüt qoç eylə quzunu,
Gün-gündən artır ruzunu.
Ümidsizliklə arzunu,
Bələmə, dostum, bələmə.

Yada düşsə əziz qardaş,
Gözlərinə dolacaq yaş.
Göydən yağış əvəzi daş,
Ələmə, dostum, ələmə.

Dünyada gördün nələr sən,
Kimləri qoydun mələr sən.
Yəqin yolda rast gələrsən,
Lələmə, dostum, lələmə.

Zərdən libas geydiyini.
Yalanlın duz yediyini,
Qarı düşmən dediyini,
Eləmə, dostum, eləmə.
16.06.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 18.6.2019 18:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu