Bele, ezizim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bele, ezizim

Dərd gözümün qarasına ağ salar,
Qəm köksümün ortasında bağ salar.
Vüsalla qovğada hicran sağ qalar,
Qanamaz bir dişi belə, əzizim.

Zaman-zaman yaralarım qövr edər,
Fələk yenə mənə zülüm, cövr edər.
Səma başım üstündə hey dövr edər,
Bu dünyanın işi belə, əzizim.

Ağ yalandan ötrü yaman əsirlər,
Həqiqətin dilini də kəsirlər.
Yerlərini dəyişibdir fəsillər,
Yazı elə, qışı belə, əzizim.

Könlüm həsrətinə çətin dayanar,
Gündüz də qapqara rəngə boyanar.
Içimdəki od püskürər, oyanar.
Qayaların daşı belə, əzizim.

Azca tök üstümə köz yaşlarını,
Gur selə döndərmə söz yaşlarını.
Dillənsəm, tutammaz göz yaşlarını,
Ağlar qalar naşı belə, əzizim.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu