Bele dünyanı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bele dünyanı

Nişanı, toyu da bir yarış imiş,
Harayı, hoyu da bir barış imiş.
Sən demə boyu da bir qarış imiş,
Bəs niyə böyütdük belə dünyanı.

Istəsə könlümdə tufan qopartsın,
Istəsə kədəri, qəmni çoxaltsın.
Yamanı özüylə yuyub aparsın,
Eh, necə verərdim selə dünyanı.

Tanrım, özün qoru sadiq bəndəni,
Tək sənsən munisi, sənsən həmdəmi.
Elə əzizdir ki saçımın dəni,
Dəyişməm ağarmış telə dünyanı.

Bitməyir qovğası, ədavəti heç,
Qalmayıb azacıq ədaləti heç.
Görünmür gözümə əzəməti heç,
Verərəm aparsın yelə dünyanı.

Istəsən bir ovuc darıya çevir,
Üz-gözü qırışmış qarıya çevir.
Istər kəpənəyə, arıya çevir,
Özün nə bilirsən elə dünyanı.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2021 17:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu