Behrama Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Behrama

BƏHRAM BAĞIRZADƏYƏ

Bilirəm ki sənin ruhun indi necə əzab çəkir,
Axıtdığı göz yaşının hər damlası bir gül əkir.
Gülüstana dönüb həyat.
Sənin üçün müvəqqəti sönüb həyat.

Neynəyirsən aparatın altında sən,
Görən necə yaşayır bəs xəstə bədən.
Indi nə ölü, nə sağsan.
Nə olar ki təbəssümlü baxışınla
bu dünyaya bir də yağsan...

indi sənin əllərin də çox soyuqdur,
bumbuz kimi,
ruhun ruhlara qovuşmaz tərki-dünya, yalqız kimi.

Sağalarsan, bilirəm mən.
Sağ qalarsan, ümidimi hamı ilə bölürəm mən.

Ümidlərin ayağına qara zəncir bağlanıbdır,
Çox ananın vuran qəlbi ayrılıqdan dağlanıbdır.

Hər bir ağır xəstə üçün
Mübarizə gedir, bax.
Başlamasın insan köçü,
Ayrılıq seyr edir, bax.

Hərdən bu yer kürəsinə,
Qara duman, çən çökür.
Həkimlərim ön cəbhədə,
Vuruşaraq tər tökür.

Neçə-neçə həkimimiz
Qurban getdi virusa.
Önlərində biz baş əyib,
bir dəqiqəlik susaq...

Qələbə çal bu ölümə,
Nida qoyma həsrətdəki
son bölümə.

Vidalaşma bu həyatla,
Çapıb getmə bəyaz atla.

Qayıt, yenə səni görək,
Təbəssümlü alqışlardan
sənə əlvan çələng hörək.
Sizə əlvan çələng hörək..
02.07.2020.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.7.2020 07:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu