Insanın olarmı yalan sevgisi,
Ağlını başından alan sevgisi.
Gecənin gündüzə olan sevgisi,
Otların üstündə şehdi, əzizim.
Ayrılıq səhrada qanqal bitirir,
Vüsal həyatını orda itirir.
Kim isə uzaqda köksün ötürür,
Qulağa tez çatan “Eh”di əzizim.
Aylardır, illərdir tez-tez ötüşən,
Sarıyla bəyazdır teldə öpüşən.
O göy qurşağından bəxtimə düşən,
Gözlərim rəngində zehdi,əzizim.
Soyuqlar gələndə qaçan bənövşə,
Baharda gözəllik saçan bənövşə.
Sənin təbəssümün açan bənövşə,
Qızılgül ətirli mehdi, əzizim.
Gənclik yaradardı xarüqələri,
Yadıma salırsan gör bir nələri.
Cavanlıq çağının xatirələri,
Qocalıq vaxtına behdi,əzizim.
Kayıt Tarihi : 8.1.2023 16:14:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!