Bayatılarsine-sine Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bayatılarsine-sine


Divarı nəm apardı,
Kədəri qəm apardı.
Sorma, hanı ürəyim,
Taleyi kəm apardı.

Tar-kaman kimə düşdü,
Gözlərim simə düşdü.
Səninlə görüşməyim,
Yaman tilsimə düşdü.

Dağlarda kəklik olar,
Qayada bərklik olar.
Əzizim, qəlbi sıxan,
Tənhalıq, təklik olar.

Dağların sinəsinə,
Gül əkdim sinəsinə.
Mən kədərdən qaçırdım,
Qəm gəldi sinə-sinə.

Gözün gülümə düşdü,
Zərif tülümə düşdü.
Sən getdin, mənsə qaldım,
Yaman zülümə düşdüm.

Kür-Araz hədər axar,
Dənizə qədər axar.
Damardan qan yerinə,
Qəm axar, kədər axar.

Ayrılıq sitəm oldu,
Həsrət qəm qitəm oldu.
Hamıyçun şirin olan,
Mənə acı təm oldu.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu