Göy üzü damar-damar,
Göydən yerə nur damar.
Bulud enər köksümə,
Ürəyimə su damar.
Çəkginən zehli məni,
Küləkli,mehli məni.
Gün çıxsa quruyaram,
Dərginən şehli məni.
Əzizim,göz qarası
Öz adı,öz qarası.
Şillə yeri ağarar,
Ağarmaz söz qarası.
Bu dağların daşı mən,
Zirvəsi sən,başı mən.
Köksündə bulaq ağlar,
Gözlərinin yaşı mən
Əziziyəm,qara qar
Ağappaq buz,qara qar.
Düzə yağsan ərirsən,
Köksümə yağ.qar a qar
Muğamın mayəsi mən,
Zili sən,sayəsi mən.
Tale imtahan edər,
Amalı,qayəsi mən.
Dumanda sən,çəndə mən.
Qoy gizlənim səndə mən.
Ilahinin gözündə,
Ən sevimli bəndə mən.
Kayıt Tarihi : 20.6.2018 07:15:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!