Baxtı var imiş Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Baxtı var imiş

Mən mahir qəvvasam, dünyamız dəniz.
Qoyub həyatımda hər fəsil bir iz.
Gəlişin həsrətlə arzularıq biz,
Payızın nə gözəl baxtı var imiş.

Yayın istisini yıxıb, orurub.
Küləyin əlini sıxıb, orutub.
Bardaş da quraraq çıxıb oturub,
Rayızın nə özəl taxtı var imiş.

Payız danışanda ,ey qarlı qış, sus,
Üç aydı ömürü, çox heyif, əfsus.
Ruhu da, ətri də özünə məxsus,
Payızın nə qəzəl vaxtı var imiş.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2023 12:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu