Birinci özün get sayanın üstə,
Nurunu aləmə yayanın üstə.
Dırmaşıb ən uca qayanın üstə,
Dönüb keçmişimə baxmaq istərəm.
Yox daha arayıb axtaran kəsim,
Hanı o günlərin sədası, səsi.
Qəlbimdə ötənə dönmək həvəsi,
Xatirə göyündə çaxmaq istərəm.
Tənha xatirələr düzülüb gələr,
Hicranın ürəyi üzülüb gələr.
Bir uca qayadan süzülüb gələn,
Bulaq tək qəlbinə axmaq istərəm.
12.08.2014
Kayıt Tarihi : 10.6.2018 15:48:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!