Çox axıtma alın tərin,
Tək mən olum dərdin-sərin.
Ay dünyanın bəxtəvəri,
Elə küskün baxma, nolar.
Etibarda kəm payımsan,
Harayımsan, həm hayımsan
Mənim dəli Kür çayımsan,
Belə miskin axma, nolar.
Danlamısan, pislənmisən,
Qaralmısan, hislənmisən.
Bilirəmmki hirslənmisən,
Ələ çiskin, çaxma, nolar.
01.04.2015
Kayıt Tarihi : 8.6.2018 06:54:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/08/baxma-nolar.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!