Səni görcək itirirəm özümü,
Bircə anda alışdırram közümü.
Dostum, nədən qaçırdıram gözümü,
Baxışların bir sehrdi, tilsimdi.
Başdan aşır işlərin, qayğıların,
Gözdən uçur şipşirin uyğuların.
Bilirəm ki hisslərin, duyğuların,
Kamanında sarı rəngli tel, simdi.
Gəl barışaq.Bitsin ayrılıq, həsrət,
Yer üzündə qalib gəlsin məhəbbət.
Nəyə lazım eh, bu qədər söz-söhbət,
Dəli könül ürəyinə təslimdi.
Tufan qopsa söyüd telin yolacaq,
Gözlərinə qüssə, kədər dolacaq.
Üzdə dostsa, sonda düşmən olacaq,
Qovuşmayaq ayrılığa, hər kimdi.
Bax, yalanlar bizdən uzaq qaçarmış,
Həqiqətlər qucağını açarmış.
Saray tək ev qəfil bir gün uçarmış,
Təməlində yatan böhtan, şər himdi.
Kayıt Tarihi : 30.1.2023 15:13:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!