Baxışların kölge salır Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Baxışların kölge salır


Bu həsrətin şaxtasında donum da,
Sevinmək var bəlkə hicrin sonunda.
Artıq durub dayanmışam onunda.
Alqışların əl də çalır yüzümə.

Qəmin hörgüsünü hörəmmirəm ki,
Ürəkdən bir salam verəmmirəm ki.
Güzgüdə özümü görəmmirəm ki,
Baxışların kölgə salır üzümə.

Vüsal getsə könül talan olarmış,
Qan ağlayar gözlər, nalan olarmış.
Eh, nə qədər yalan-palan olarmış,
Naxışların həsrət qalır düzümə.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.7.2018 15:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu