Hicranın vəslinə yetsən də inan,
Həsrətin badına getsən də inan,
Sən mənə zülmlər etsən də inan,
Həyata baxışım dəyişməyəcək.
Yağışla boş quyum dolmaz ki mənim,
Nəfsdən al gülüm solmaz ki mənim?
Taleyim al-əlvan olmaz ki mənim,
Ağ-qara naxışım dəyişməyəcək.
Düşmənim var mənim kor fələk kimi,
Əlimdə tutduğum ağ lələk kimin...
Köçüb gedəcəyəm bir mələk kimi,
Dünyadan axışım dəyişməyəcək.
26.01.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 7.2.2019 11:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!