Sevgi adlı labirintə düşmüşəm,
Girişi var, çıxışı yox, neynəyim.
Bu yolda nən qəm ilə ötüşmüşəm,
Enişi var, yoxuşu yox, neynəyim.
Dərd qarşımda bir keçilməz qayadır,
Həzin nəğmə xoş xatirə oyadır.
Ömür yazım nədən belə sayadır,
Alabəzək naxışı yox, neynəyim.
Rastlaşarıq biz yəqin Allah kərim,
Təkcə sənlə görüşməkdir dərd-sərim.
Başım üstdə uçsa da ilham pərim,
Təbəssümlü baxışı yox, neynəyim.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:16:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!