Baxışa döndü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Baxışa döndü

Sən sevgimin təcəssümü,
Ömrümdə naxışa döndün.
Məni görcək təbəssümün,
Kədərli baxışa döndü.

Şeş gətirmədi çaharım,
Nuş olmadı heç naharım.
Güllü-çiçəkli baharım,
Sərt küləkli qışa döndü.

Külək telini darayı,
Boş qoymaz ki daş sarayı.
Adamların hay-harayı,
Xoş dilək alqışa döndü.

Soyuyubmu köz daşları,
Tökülübmü söz qaşları
Sevdalımın göz yaşları,
Bir leysan yağışa döndü.

Əlvan libaslar geyirdik,
Daşdan yumuşaq yeyirdik.
Bayquşa namərd deyirdik,
Mərd ürəkli quşa döndü.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.10.2021 06:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu